Berndə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olub - FOTO
ATƏT-in Minsk qrupunun həmsədrlərinin təşəbbüsü ilə İsveçrə Konfederasiyasının Bern şəhərində keçirilən Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə iştirak etmək üçün Bern şəhərində səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə dekabrın 19-da Ermənistan Prezidenti Serj Sarkisyan arasında görüş keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveçrə Federal hökumətinin üzvü, Xarici İşlər Departamentinin rəhbəri Didye Burkhalterlə görüşüb.
Görüşdən sonra birgə foto çəkdirilib.
Daha sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan Prezidenti Serj Sarkisyanın görüşü olub.
Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi iştirak ediblər.
President.az
13:50
İsveçrənin Bern şəhərində Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanın görüşü başlayıb.
“1news.az”-ın məlumatına görə, bu barədə məlumatı ATƏT-in Minsk qrupunun həmsədri Ceyms Uorlik “twitter” səhifəsində paylaşıb.
Prezidentləri İsveçrənin xarici işlər naziri Didye Burkhalter qarşılayıb.
Görüşdə həmsədrlərlə yanaşı, Azərbaycan və Ermənistan XİN başçıları da iştirak edirlər.
Qeyd edək ki, Ermənistan Azərbaycan prezidentlərinin sonuncu görüşü 2014-cü ilin oktyabrın 27-də Parisdə baş tutub.
1news.az