Bakının mərkəzindəki iri mağazalara baxış: kim qiymətləri qaldırıb? – FOTO
Dekabrın 21-i səhəri uzun müddət unudulmayacaq: dolların manata olan məzənnəsi 47,63% (0,501 manat) bahalaşaraq 1,55 manat olub.
Avro da eyni zamanda 47,88% bahalaşaraq (0,5456 manat) 1,685 manat olub.
Şokdan ayılan hər bir Azərbaycan sakininin beynində belə bir sual yaranır:nə vaxtvə nəyin qiymətini qaldıracaqlar?
Bir neçə dəqiqə sonra mağazaların “müvəqqəti” bağlanması haqda ilk məlumatlar yayılmağa başladı. Qiymətlərin dolların yeni məzənnəsinə uyğun olaraq hesablanması ilə əlaqədar.
1news.az-ın müxbirləri mərkəzdə yerləşən mağazalarda yaranan vəziyyətlə əlaqədar şəhərə kiçik gəzintiyə çıxıblar.
Qarşımıza çıxan ilk mağaza 28 May küçəsində yerləşən Music Gallery oldu. Giriş qapısının üzərində “texniki səbəblərlə əlaqədar” mərkəzin işləməsi haqda yazı ilə mağaza daxilindəki bayram aksiyası ilə bağlı asılmış rəngli şarlar həmahəng görünmürdü.
Elə həmin küçədədə yerləşən Samsung mağazası isə əksinə, açıq idi. Elə içəri daxil olmaq istəyirdik ki, satıcılardan eyni xəbəri eşitdik – qiymətlərin yenidən hesablanması ilə əlaqədar mağaza bağlıdır.
Həmin küçənin qarşı tərəfindəki Bosh mağazası bizi sevindirdi. “Xoş gəlmisiniz!” – deyə təbəssümlü satıcı bizi qarşılayaraq əmin etdi ki, istədiyiniz məhsulu devalvasiyadan əvvəlki qiymətlə əldə edə bilərsiniz. “Amma endirimlər haqda unutmalısınız”, - elə həmin satıcı xəbər verdi.
Swatch və Swiss House mağazası qiymətləri qaldırmayıb, deyəsən onların devalvasiyadan heç xəbərləri belə yoxdur.
Kədərli xəbəri verən IMPULS-un əməkdaşı bizə söylədi ki, mağaza işləmir, hazırda 28 May küçəsində yerləşən ticarət mağazası digər iki bağlanan mağazalardan gələn məhsulları yerləşdirir.
Demək lazımdır ki, dolların məzənnəsindəki son dəyişiklikdən sonra məhsulların qiymətindəki yüksəlməsilə bağlı sualları hər kəs adekvat cavablandırmır.
Beləliklə, Rəşid Behbudov küçəsində yerləşən «TELSIZ computers» mağazasının satıcısı foto-çəkilişi dayandırmağımızla bağlı tələblə qarşımıza çıxdı. Belə ki, nə onların mağazasının adının fotosunu çəkmək, nə də suul vermək kimi hüququmuzun olmadığını bildirdi. Maraqlısı da budur ki, bu sözləri bir neçə dəqiqə əvvəl OPTIMAL electronics (Bosh) və Swatch mağazalarının əməkdaşlarından da eşitdik.
«Neptun» və «Bazar store» supermarketlərinin əməkdaşları qiymətləri dəyişməyib. Qiymətin qalxması ilə bağlı suala isə satıcılardan biri: “Kim bilir?...” kimi cavab verdi.
Amma 28 Mall ticarət mərəzində alış-veriş etmək istəyinlər heç də narahat olmasınlar, belə ki oradakı bütün brend mağazalardakı məhsulların qiyməti olduğu kimi qalıb.
«New Yorker» mağazasının əməkdaşı “Narahat olmayın! Qiymətlər qaldırılmayıb, endirimlər də əvvəlki kimidir” – dedi.
28 Mall-dakı bütün geyim mağazalarında, hətta uşaq geyimləri daxil olmaqla eyni vəziyyətdədir.
Irshad Telecom (mobil telefon) və Swarovski (bəzək əşyaları) mağazaları istisna olmaqla. Belə ki, hər iki mağaza “texniki səbəblərlə əlaqədar” bağlansa da, əslində isə dolların yeni məzənnəsinə uyğun olaraq qiymətlərin yenidən hesablanmasıylaəlaqədarbağlı idilər.
Analoji hadisə Music Gallery (28 Mall TM) mağazasında da zalın boş olması ilə bağlı nəzərə çarpırdı. Görünür bu, kiçik olmayan məkana görədir.
Lakin yaxınlıqda yerləşən SEL HOME isə deyəsən kədərli xəbərdən uzaqdır: qiymətlər əvvəlki kimidir, satıcılar bayramla əlaqədar endirimli qiymətləri məhsullara yapışdırırlar.
Beləliklə, məişət və elektrik texnikası məhsullarının qiymətləri artıq qalxıb, amma geyim və ərzaq məhsullarını isə köhnə qiymətə almaq olar.
Qiymətləri müqayisə edərək geyim mağazalarından alış-veriş etmək yalnız depressiyadan çıxış yolu deyil, eyni zamanda yeganə əlçatan sevincdir... Amma hazırda brend geyimi kimin nəyinə gərəkdir?
Leyla Leysan, Natali Aleksandrovna