Azercell-in dəstəyi ilə MilliNet-in qalibləri bəlli oldu | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azercell-in dəstəyi ilə MilliNet-in qalibləri bəlli oldu

17:40 - 21 / 12 / 2015
Azercell-in dəstəyi ilə MilliNet-in qalibləri bəlli oldu

Azərbaycan rabitə bazarının lider mobil operatoru Azercell Telekom MMC-nin artıq 7 ildir ki, dəstək olduğu Azərbaycanın ilk və yeganə peşəkar internet mükafatı olan MilliNet-in qalibləri bəlli olub.

1news.az-ın verdiyi xəbərə görə, bu il müsabiqəyə 14 nominasiya üzrə 374 internet resurs təqdim olunub ki, onlardan da yalnız 299 sayt yarışmaya buraxılıb.

Münsiflər heyəti 2-ci səsvermə prosesində 97 nominant arasından ən yaxşılarını seçib. Təqdimat mərasimində Azercell şirkətinin Korporativ ünsiyyət bölümünün rəhbəri Nigar Şıxlinskaya çıxış edərək MilliNet müsabiqəsinin ölkədə internetin, xüsusilə də mobil internetin və bütövlükdə İKT sahəsinin inkişafında mühüm rol oynadığını qeyd edib. O, gələcəkdə də internetin inkişafı istiqamətində atılan addımlara dəstək verəcəklərini bildirib.

Sonra qaliblərin mükafatlandırılma mərasimi keçirilib. Nominasiyanın hər biri üzrə qalib gələnlərə MilliNet-in tuncdan hazırlanmış xüsusi mükafatı – hörümçək toru əks olunan buta təqdim olunub.Məlumat üçün bildirək ki, Azərbaycan internetinin inkişafına təkan vermək, ən yaxşı milli internet resurslarının yaradılmasını stimullaşdırmaq, onları üzə çıxartmaq və populyarlaşdırmaq məqsədilə keçirilən müsabiqəyə cari ilin sentyabr ayında start verilib.

Qeyd edək ki, Azercell Azərbaycanda yaradıcılığın, peşəkar fəaliyyətin və informasiya mübadiləsinin yeni bir sahəsi olan internet sektorunun inkişafına xidmət edən layihələri daim dəstəkləyir. Azercell Azərbaycan dilinin internetdə tətbiqinin genişləndirilməsinə yardım edən, milli internet resurslarının yaradılmasını stimullaşdıran belə təşəbbüslərin tərəfdarı kimi çıxış edib.

Ölkənin lider mobil rabitə operatoru Azercell Telekom öz öhdəliyinə sadiq qalaraq bundan sonra da bu cür layihələrə öz dəstəyini göstərməkdə davam edəcək.

1news.az

Paylaş:
1054

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər