Rasim Musabəyov: “ATƏT-in Minsk Qrupunun həmsədrləri danışıqlara təkan vermək gücünə malik deyillər” | 1news.az | Xəbərlər
Siyasət

Rasim Musabəyov: “ATƏT-in Minsk Qrupunun həmsədrləri danışıqlara təkan vermək gücünə malik deyillər”

12:29 - 21 / 12 / 2015
Rasim Musabəyov: “ATƏT-in Minsk Qrupunun həmsədrləri danışıqlara təkan vermək gücünə malik deyillər”

Berndə Minsk Qrupunun (QR) həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib.

Minsk Qrupu həmsədrlərinin görüşün nəticələrinin yekunu olaraq verdiyi qısa bəyanatı nəzərə almasaq, bütün analitiklərin gözlədiyi kimi, danışıqlar heç bir konkret nəticələr vermədi.

Bəyanatda deyilir ki, prezidentlər vasitəçilərin təmas xəttində zorakılıq səviyyəsinin aşağı düşməsilə bağlı cari işini dəstəkləyiblər. Eyni zamanda qarşılıq və öhdəliyin davamı ilə bağlı Minsk Qrupu formatınahazırlıqlarını təsdiq ediblər.  Buna görə prezidentlərin görüşünün keçirilməsinə təkid etməyə dəyərmi?

Xatırladım ki, prezidentlərin ötən dəfəki görüşü bir il bundan öncə Fransa prezidenti Fransua Ollandın iştirakı ilə 2014-cü ilin oktyabrın 27-də Parisdə keçirilmişdi. Görünür, prezidentlərin dialoqları arasında həddindən artıq fasilə yaranması Minsk vasitəçi formatında uğursuzluq hissi yaradıb. Məhz buna görə də, MQ həmsədrləri hətta konkret nəticələr əldə etməyə ümid bağlamadan prezidentlərin görüşünün keçirilməsini təkid ediblər.

Azərbaycan və Ermənistan prezidentlərinin MQ-nin görüşü barədə təklifi təxirə salması çətin olardı, belə ki, imtina edən tərəf qeyri-konstruktiv kimi nümayiş olunardı. Bu görüşsüz də aydın idi ki, münaqişə edən tərəflər danışıqlarla bağlı gözləntilərində tamamilə fərqlənirlər.

Öz ölkələrində sadəcə orta səviyyəli diplomat olan ATƏT-in Minsk Qrupunun həmsədrləri danışıqlar apardıqları ölkələrə müstəqil olaraq təkan verərək, onları çıxılmaz vəziyyətdən çıxarmaq gücünə malik deyillər.

Kim bu missiyanı öz üzərinə götürəcək? Yoxsa hər kəs təmas xəttində gün-gündən böyüyən gərginliyin hərbi əməliyyatla nəticələnəcəyilə barışıb? Beynəlxalq ictimaiyyət bundan sonra həlledici addımlar atacaq?

Paylaş:
725

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb21 / 11 / 2024, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək21 / 11 / 2024, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdü21 / 11 / 2024, 13:46
Bütün xəbərlər