Azərbaycan ilə Beynəlxalq Telekommunikasiya İttifaqı arasında saziş təsdiqlənib | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycan ilə Beynəlxalq Telekommunikasiya İttifaqı arasında saziş təsdiqlənib

16:29 - Bu gün
Azərbaycan ilə Beynəlxalq Telekommunikasiya İttifaqı arasında saziş təsdiqlənib

Azərbaycan ilə Beynəlxalq Telekommunikasiya İttifaqı arasında saziş təsdiqlənib.

1news.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Qanun imzalayıb.

Qanuna əsasən, “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təmsil olunan Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq Telekommunikasiya İttifaqı arasında Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının (ÜTİK-25) keçirilməsi, təşkili və maliyyələşdirilməsi ilə bağlı Saziş”in təsdiq edilib.

Saziş 2025-ci il iyunun 25-də Cenevrə şəhərində və 2025-ci il iyulun 11-də Bakı şəhərində imzalanıb.

Paylaş:
80

Son xəbərlər

Bütün xəbərlər