Azərbaycanlı gənc fotoqraf Luvrdakı sərgidə mükafata layiq görülüb | 1news.az | Xəbərlər
Mədəniyyət

Azərbaycanlı gənc fotoqraf Luvrdakı sərgidə mükafata layiq görülüb

13:02 - 21 / 12 / 2015
Azərbaycanlı gənc fotoqraf Luvrdakı sərgidə mükafata layiq görülüb

17-20 dekabr tarixlərində Luvrda Fransa Milli Gözəl Sənətlər Birliyinin sərgisində ilk dəfə olaraq azərbaycanlı fotoqraf Maya Bağırova iştirak edib.

Azərbaycanlı fotoqraf  2 qızıl medal və “Jan Larivye” mükafatı ilə təltif olunub.

“Salonda mənim 5 işim təqdim olunub və jüridən  yüksək qiymət alıb. Mən ölkəmi layiqincə təmsil etdiyim üçün xoşbəxtəm”.

Qeyd edək ki, bu tədbir 1862-ci ildən etibarən hər il Fransa prezidenti və Milli Gözəl Sənətlər Birliyinin himayə ilə keçirilir.

1news.az

Paylaş:
1136

Son xəbərlər

Bütün xəbərlər