Azərbaycan və Əfqanıstan prezidentlərinin təkbətək görüşü olub
Rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan prezidenti İlham Əliyevin əfqanıstanlı həmkarı Məhəmməd Əşrəf Qani ilə təkbətək görüşü olub.
1news.az-ın məlumatına görə, görüşdə ikitərəfli münasibətlərin siyasi sahədə uğurla inkişaf etdiyi bildirilib.
İqtisadi əlaqələrin inkişafı üçün yaxşı potensialın olduğu vurğulanıb. Əlaqələrimizin möhkəmləndirilməsi baxımından bu səfərin əhəmiyyəti qeyd olunub.
Söhbət zamanı ikitərəfli və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
1news.az
608