Nazir: “Hostellərin yaradılmasına hələ ki, ehtiyac yoxdur” | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazir: “Hostellərin yaradılmasına hələ ki, ehtiyac yoxdur”

15:49 - 25 / 12 / 2015
Nazir: “Hostellərin yaradılmasına hələ ki, ehtiyac yoxdur”

Hostellərin yaradılması üzrə xüsusi dövlət proqramı hazırlanmayacaq, cünki buna ehtiyac yoxdur.

Bu haqda Azərbaycan Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev AR-də hostellərin sayının məhdud olması məsələsinə şəhr verərkən jurnalistlərə bildirib.

Onun sözlərinə görə,turistlərə xidmət qiymətləri hostel səviyyəsində deyil və bu reallıqdır.

“Azərbaycanda turizmin inkişafı strategiyasına uyğun olaraq, 5 ulduzlu və 4 ulduzlu otellərin tikilmısi nəzərdə tutulub. Bu isə həmin otellərdə müxtəlif beynəlxalq təsbirlərin keçirilməsi və ölkəmizin müsbət imicinin yaradılması məqsədini daşıyır.

Ə.Qarayev qeyd edib ki, tədricən 3 ulduzlu otellər və hostellərin də tikilişinə diqqət eidləcək”.

“Bunun üçün müvafiq infrastruktur hazırlanmalıdır. Hələ ki, nazirlik hostellərin yaradılmasının prioritet hesab etmir”-deyə nazir qeyd edib.

1news.az

Paylaş:
686

Son xəbərlər

Bütün xəbərlər