Prezidenti İlham Əliyev “Elmlər Akademiyası” stansiyasının yeni inşa olunan ikinci çıxışının açılışında iştirak edib | 1news.az | Xəbərlər
Rəsmi

Prezidenti İlham Əliyev “Elmlər Akademiyası” stansiyasının yeni inşa olunan ikinci çıxışının açılışında iştirak edib

12:15 - 28 / 12 / 2015
 Prezidenti İlham Əliyev “Elmlər Akademiyası” stansiyasının yeni inşa olunan ikinci çıxışının açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 28-də “Bakı Metropoliteni” QSC-nin “Elmlər Akademiyası” stansiyasının yeni inşa olunan ikinci çıxışının açılışında iştirak edib.

1news.az-ın AZƏRTAC- a isitinadla verdiyi xəbərə görə, dövlətimizin başçısı yeni çıxışın rəmzi açılışını bildirən lenti kəsib.

Prezident İlham Əliyevə metronun “Elmlər Akademiyası” stansiyasının planı və yeni çıxışda görülən işlər barədə məlumat verilib.

Azərbaycan Prezidenti yeni çıxışda yaradılan şəraitlə tanış olub.

1news.az

Paylaş:
1043

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər