Mədəniyyət xadimlərinə prezident təqaüdü verilib | 1news.az | Xəbərlər
Rəsmi

Mədəniyyət xadimlərinə prezident təqaüdü verilib

20:46 - 30 / 12 / 2015
Mədəniyyət xadimlərinə prezident təqaüdü verilib

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1. Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:

Əzizov Ruhulla Nəcəf oğlu

Qasımova Rühəngiz Nağı qızı

Seyidov Tərlan Mir Əşrəf oğlu.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

President.az

Paylaş:
1073

Son xəbərlər

Bütün xəbərlər