Sumqayıt Kimya Parkında farmasevtika preparatları istehsal edilə bilər | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıt Kimya Parkında farmasevtika preparatları istehsal edilə bilər

19:37 - 06 / 01 / 2016
Sumqayıt Kimya Parkında farmasevtika preparatları istehsal edilə bilər

Azərbaycanda yaxın vaxtlarda dərman preparatlarının istehsalı gündəmdədir.

Respublikamızın bu sahədə təcrübəsi də var. Belə ki, vaxtilə “Azərikimya” Dövlət Şirkətinin (indi İstehsalat Birliyi) tərkibində əczaçılıq müəssisəsi fəaliyyət göstərib.

SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev bildirib.

Onun sözlərinə görə, müəssisə 2001-ci ildə özəlləşdirilməyə açıq elan olunub və sonradan özəlləşdirilib.

“Azərikimya”nın perspektiv planında dərman istehsalı sahəsi yaradılmasının nəzərdə tutulmadığını vurğulayan M.Babayev deyib: “Hesab edirik ki, Sumqayıtda Kimya Sənaye Parkında bu tipli istehsalatların yaradılması maraqlı olar. Üstəlik, burada yeni yaradılan müəssisələr üçün lazımi şərait və üstünlüklər də təklif edilə bilər. Məndə olan məlumata görə, farmasevtika preparatları istehsalatlarının yaradılması ilə bağlı kimya parkının müdiriyyətinin müxtəlif təklifləri də müzakirə olunub”.

AZƏRTAC

Paylaş:
636

Son xəbərlər

Bütün xəbərlər