9 nəfər prokurorluq orqanlarından xaric edilib
Keçən il prokurorluq orqanları üzrə xidməti, icra və əmək intizamının pozuntusu hallarına və digər xətalara yol verdiklərinə görə 37 əməkdaş intizam məsuliyyətinə cəlb edilib.
Bu barədə 1news.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat veriblər. Məlumata görə, o cümlədən, 7 nəfər prokurorluq orqanlarından xaric edilib.
“Baş Prokurorluğun rəhbərliyinin göstərişi əsasında 2016-cı il yanvarın 6-da Bakı şəhəri Nəsimi rayonu, Sumqayıt şəhəri və Qubadlı rayon prokurorluqlarında daxili nizam-intizam qaydalarına riayət edilməsi və işə davamiyyət vəziyyəti yoxlanılarkən xidməti və əmək intizamının kobud pozuntusu hallarına yol verdiklərinə görə 2 əməkdaş prokurorluq orqanlarından xaric edilib”- deyə, məlumatda qeyd olunub.
1news.az