“Huawei” ötən il 100 milyondan artıq smartfon satıb
Ötən ilin yekunlarına görə, Çinin “Huawei” şirkəti iri smartfon istehsalçılarının siyahısında üçüncü yeri tutub.
Bir il ərzində Çin istehsalçısı 108 milyon ədəd smartffon istehsal edib ki, bu da ötən ilin göstəricilərindən 44 faiz çoxdur. Şirkətin gəlirləri isə 70 faiz və ya 20 milyard dollara qədər artıb.
Bildirilir ki, 2015-ci ildə 4,5 milyon ədəd P8 smartfonu və 7 milyon ədəd “Mate 7” aparatının satışı həyata keçirilib. Bu olduqca maraqlı statistikadır ki, kimin flaqman olduğunu və piştaxtaya ilk modelin daha gec çıxmasını göstərir.
Konkret regionlarda həyata keçirilən satışla bağlı məlumatlar da olduqca maraqlıdır. Məsələn, şirkətin Almaniyadakı satışları bir ildə 68 faiz artıb. Hollandiyada bu rəqəm 73 faiz, İspaniyada 79 faiz artım təşkil edib. İtaliya və Portuqaliyada isə artım 82 və 87 faiz olub.
Bizim Yol