Milli İncəsənət Muzeyinin 80 illik yubiley loqosu təqdim edildi
Azərbaycan Milli İncəsənət Muzeyi fəaliyyətinin 80 illiyinə həsr olunan yubiley loqosunu təqdim edib.
1news.az xəbər verir ki, Nazirlikdən bildirilib ki, yubiley tədbirləri ilə əlaqədar olaraq, il ərzində müxtəlif tədbirlərin, sərgilərin, konfransların keçirilməsi nəzərdə tutulub.
Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr şöbəsindən verilən məlumata görə, loqonun dizaynının müəllifi Fərhad Fərzəliyevdir.
Qeyd edək ki, Milli İncəsənət Muzeyi Azərbaycanın ən böyük sənət məbədlərindən biridir. Ekspozisiyalarda Qədim Şərq və Azərbaycan, Rusiya və Qərbi Avropa incəsənətinin müxtəlif dövrlərini əhatə edən incəsənət əsərləri nümayiş etdirilir. Muzeydə ümumilikdə 17 mindən çox eksponat saxlanılır.