Türkiyə Azərbaycan və Qazaxıstanla Güzəştli Ticarət Sazişi imzalayacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Türkiyə Azərbaycan və Qazaxıstanla Güzəştli Ticarət Sazişi imzalayacaq

13:50 - 08 / 01 / 2016
Türkiyə Azərbaycan və Qazaxıstanla Güzəştli Ticarət Sazişi imzalayacaq

Rusiyanın tətbiq etdiyi iqtisadi sanksiyalar Türkiyəni  alternativ bazar axtarışlarına çıxmasını sürətləndirib.

1news.az – ın APA-ya istinadən verdiyi xəbərə görə, Güzəştli Ticarət Sazişi və Azad Ticarət Sazişi (STA) ilə itkilərin minimuma endirilməsi planlaşdırılır.

Bununla əlaqədar olaraq ,Türkiyənin İqtisadiyyat Nazirliyi tərəfindən yeni yol xəritəsi hazırlanıb. Azərbaycan və Qazaxıstan ilə Güzəştli Ticarət Sazişi imzalanacaq. Müqavilənin tətbiqinə isə 2017-ci ilin 1 yanvarında başlanılacaq.

Güzəştli Ticarət Sazişi ilə gömrük rüsumları aşağı salınır, sənaye, kənd təsərrüfatı kimi sahələrdə qarşılıqlı investisiyaların artırılması həyata keçirilir.

Paylaş:
865

Son xəbərlər

Bütün xəbərlər