Banklara müstəqil şəkildə valyuta mübadiləsinin maksimal kursunu təyin etmək qadağan edildi
Azərbaycan Mərkəzi Bankı (AMB) Azərbaycanda fəaliyyət göstərən banklara valyuta mübadiləsi əməliiyatlarında kənarlaşma həddinə riayət edilməsinin zərurətinə dair məktub göndərib.
Ölkə banklarından birinin İdarə heyətinin sədrinin 1news.az-a verdiyi məlumatına əsasən, bundan sonra banklar xarici valyutanın alqı-satqısı zamanı AMB-nin müəyyən etdiyi rəsmi məzənnədən 4%-dək kənarlaşa bilər.
Qeyd etmək lazımdır ki, ötən il bu göstərici 2% səviyyəsində idi, lakin sonra ləğv edilmişdi.
“Tənzimləyici tərəfindən 4%-lik kənarlaşma həddinin tədbiq edilməsi valyuta bazarını tənzimləməyə imkan yaradacaq. Ən azından, artıq son günlər müşahidə olunan AMB-nin rəsmi kursundan kəskin sapma müşahidə olunmayacaq.
Bəzən fərq 16%-i aşırdı. Başqa sözlərlə, banklar və həmçinin mübadilə məntəqələri valyutanın alış/satış əməliyyatlarını təyin edərkən AMB-nin rəsmi kursundan 4%-dən artıq sapmayacaqlar.
Beləliklə, bu gün müəyyən olunmuş kursu nəzərə alsaq (1,5642 AZN/USD), banklarda maksimal mübadilə kursu 1, 627 manat təşkil etməli idi”, - deyə həmsöhbətçimiz bildirib.
Qeyd edək ki, yaranan ajiotaj çərçivəsində bəzi banklarda mübadilə kürsü 1,8 AZN/USD göstəricisinə dək yüksəlmişdi.