Keçən il tikinti sahəsinə aid 102 dövlət standartının layihəsinə baxılıb
2015-ci ildə tikinti sahəsinə aid 102 dövlət standartının layihəsinə baxılıb.
Bu barədə 1news.az-a məlumatı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən veriblər.
Məlumata görə, onlardan 17 standartın ləğv olunaraq yenidən işlənilməsi, 18 standarta dəyişiklik edilərək müasir normalara uyğunlaşdırılması qərara alınıb. Digər 67 standartın isə müasir tələblərə uyğun olduğu müəyyən olunub.
1news.az
1015