Keçən il sənaye mülkiyyəti obyektləri üzrə ixtiralara dair 81 pa­tent ve­ril­ib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Keçən il sənaye mülkiyyəti obyektləri üzrə ixtiralara dair 81 pa­tent ve­ril­ib

11:15 - 08 / 01 / 2016
Keçən il sənaye mülkiyyəti obyektləri üzrə ixtiralara dair 81 pa­tent ve­ril­ib

2015-ci ildə sənaye mülkiyyəti obyektləri üzrə ixtiralara dair 81 pa­tent ve­ril­ib, on­­lardan 79 ədədi milli, 2 ədədi isə xarici fiziki və hüquqi şəxslərə məxsus olub.

Bu barədə 1news.az-a məlumatı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən veriblər.

Məlumata görə, faydalı modelə dair 12 patent qeydiyyata alınıb ki, onlardan da 9 ədədi milli və 3 ədədi isə xarici fiziki və hüquqi şəxslərə məxsus olub.

Sənaye nümunələrinə dair 18 pa­tent ve­­ril­ib, on­­lardan 7 ədədi milli, 11 ədədi isə xarici fiziki və hüquqi şəxslərə məxsus olub.

Bundan başqa keçən il Dövlət re­­­yest­rin­də 1755 ədəd əm­təə ni­şanı qey­diyyata alınıb ki, on­­lardan 813 ədədi milli, 942 ədədi isə xarici fiziki və hüquqi şəxslərə məxsus olub. Həmçinin coğrafi göstəricilər üzrə istifadə hüquqlarına dair 4 ədəd şəhadətnamə milli fiziki şəxs adına qey­diyyata alınıb.

Sənaye mülkiyyəti obyektləri üzrə 61 ədəd mü­­­­­qa­vi­lə qe­y­diy­yata alınıb. Onlardan 55 ədədi əmtəə nişanları üzrə hü­quq­­ların ve­­ril­mə­­sinə, 5 ədədi əmtəə nişanları üzrə istifadə hüququna dair lisenziya verilməsinə, 1 ədəd ixtira üzrə istifadə hüququna dair lisenziya verilməsinə  aiddir.

1news.az

Paylaş:
910

Son xəbərlər

Bütün xəbərlər