İzmir metrosunda qəza: çoxlu sayda xəsarət alanlar var – FOTO | 1news.az | Xəbərlər
Dünya

İzmir metrosunda qəza: çoxlu sayda xəsarət alanlar var – FOTO

11:24 - 08 / 01 / 2016
İzmir metrosunda qəza: çoxlu sayda xəsarət alanlar var – FOTO

Bu gün səhər Türkiyənin İzmir şəhərindəki metrolardan birində qəza baş verib.

1news.az-ın Hurriyet qəzetinə istinadla verdiyi xəbərə görə, “Bölge” stansiyasında vaqonlardan biri relsdən çıxıb. Nəticədə bir neçə sərnişin xəsarət alıb.

Qəzaya səbəb vaqonun yük yerinə konteynerlərdən birinin düzgün yerləşdirilməməsi olub. Belə ki, düzgün yerləşdirilməyən konteynerlərdən biri metropoliten xətlərinə düşüb.

Hadisə yerinə coxlu sayda təcili yardım maşınları və yanğınsöndürənlər göndərilib.

1news.az

Paylaş:
1259

Son xəbərlər

Bütün xəbərlər