Nazirin qardaşı oğlu işdən çıxarıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazirin qardaşı oğlu işdən çıxarıldı

12:42 - 08 / 01 / 2016
Nazirin qardaşı oğlu işdən çıxarıldı

Bakıda iki polis bölməsinin rəisi işdən çıxarılıb.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, daxili işlər naziri Ramil Usubov bu barədə müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin rəisi Natiq Camalov və Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin rəisi Natiq Qasımov tutduqları vəzifədən azad ediliblər. Onların yerinə hələlik təyinat yoxdur.

Nazirin digər əmri ilə N. Qasımov Nizami rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsinin rəisi təyin edilib. N. Camalov isə hələlik sərəncamdadır.

Report.az saytının məlumatına görə, işdən çıxarılan N.Camalov müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı oğludur.

1news.az

Paylaş:
963

Son xəbərlər

Bütün xəbərlər