Ağsuda heyvandarlıq məhsulları istehsalı üzrə bütün göstəricilər artıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Ağsuda heyvandarlıq məhsulları istehsalı üzrə bütün göstəricilər artıb

16:00 - 10 / 01 / 2016
Ağsuda heyvandarlıq məhsulları istehsalı üzrə bütün göstəricilər artıb

Ağsu rayonunda aqrar sektorun aparıcı sahələrindən olan heyvandarlıqda dinamik inkişaf davam edir.

Rayon statistika idarəsindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, yola saldığımız 2015-ci ildə heyvandarlıq məhsulları istehsalı üzrə bütün göstəricilər əvvəlki ildəkinə nisbətən xeyli artıb.

Ötən il rayonda ət istehsalı 160 ton artaraq 4903 tona (diri çəkidə), süd istehsalı 1527 ton artaraq 29419 tona çatıb. Habelə yumurta istehsalı 367 min ədəd çoxalaraq 7 milyon 786 min ədəd, yun istehsalı isə 3 ton artaraq 301 ton olub.

Paylaş:
787

Son xəbərlər

Bütün xəbərlər