Qızlarla şəkil çəkdirən futbolçu həbs edildi
İran milli komandasının qapıçısı Soşa Makani həbs edilib.
1news.az-ın məlumatına görə, buna 29 yaşlı futbolçunun hicavsız qızlarla şəkil çəkdirib sosial şəbəkədə paylaşması səbəb olub.
Açıq aşkar əxlaqsızlığı və fahişəliyi təbliğ etməkdə ittiham olunan futbolçunun ciddi cəzalanacağı gözlənilir.
Oyunçu isə bunda heç bir qanun pozuntusu görmədiyini və yanındakı qızlardan birinin onun nişanlısı olduğunu bildirib.
1news.az
778