Bakıda şirkətdən oğurluq edən şəxslər tutulub
Polis keçən il Bakıda yerləşən şirkətlərin birindən oğurluq edən şəxsləri saxlayıb.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.
Məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsi əməkdaşlarının həyata keçirdikləri müvafiq tədbirlərlə ötən il noyabrın 19-da Suraxanı rayonunda yerləşən “Xəyal Adası” MMC-dən dəyəri 11303 manat olan 256 metr yüksək gərginlikli elektrik kabelini oğurlamış Bakı şəhər sakini Elçin Mustafazadə və Lənkəran şəhər sakini Samid Hacıyev tutulublar.
1news.az
708