Rusiya Ermənistandakı hərbi bazasına müasir pilotsuz uçan aparatlar göndərib | 1news.az | Xəbərlər
Ermənistan

Rusiya Ermənistandakı hərbi bazasına müasir pilotsuz uçan aparatlar göndərib

16:59 - 11 / 01 / 2016
Rusiya Ermənistandakı hərbi bazasına müasir pilotsuz uçan aparatlar göndərib

Rusiya Ermənistandakı hərbi bazasına müasir “Taxion” pilotsuz uçan aparatlar (PUA) göndərib.

1news.az-ın news.am saytına istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, ixtisaslaşmış mütəxəssislər bir neçə ay ərzində Kamxud və Alagöz poliqonlarında pilotsuz uçan aparatlarla bağlı şəxsi heyətə təlim keçəcəklər.

Qeyd edək ki, “Taxion” pilotsuz uçan aparatlar 40 km məsafədə əlverişsizhava şəraitində hərbi kəşfiyyat məqsədilə istifadə edilə bilər.

1news.az

Paylaş:
1652

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

31 / 05 / 2025, 12:24

Çaylarda sululuq artıb

31 / 05 / 2025, 10:46
Bütün xəbərlər