Tehranın polis rəis müavini Əli Bertlon vəzifəsindən azad edilib
İran Daxili İşlər Naziri Abdulrıza Rəhmanı Fəzli Ərəbistanının İrandakı səfirliyinə hücumla əlaqədar Tehranın polis rəisi müavini Əli Bertlonun vəzifəsindən azad edildiyini açıqlayıb.
Nazir Bertlonun vəzifəsinə səhlənkar yanaşmasi ilə bağlı sənədlərin əldə olduğunu və daha əvvəl də ona müxtəlif mövzularda edilən xəbərdarlıqları da nəzərə almadığını müşahidə etdiklərini bildirib.
Digər tərəfdən İranın Fransadakı səfiri Əli Aheni Səudiyyə Ərəbistanının səfirliyi ilə Məşhəddəki Konsulluq binasına təşkil edilən hücumlara görə Tehran rəhbərliyinin bu ölkəyə təzminat ödəməklə borclu olduğunu söyləyib.
‘‘France 24’’ telekanalına müsahibə verən səfir İranın qətiyyən gərginlik yaratmaq və bölgədə müharibə törətmək istəmədiyini vurğulayıb.
Səfir Riyad rəhbərliyinin "səhv" qərarlarını tənqid edərək: ‘‘İranın altılıq ölkələri ilə imzaldığı müqavilə ilə əlaqədar böyük problemlər yaranmışdı və müqavilənin baş tutmaması üçün çox səylər göstərilmişdi. Lakin bu səylər nəticəsiz qaldı’’ deyə bildirib.
TRT