"Qızıl Qlobus" mükafatının sahibləri məlum oldu | 1news.az | Xəbərlər
Mədəniyyət

"Qızıl Qlobus" mükafatının sahibləri məlum oldu

10:16 - 11 / 01 / 2016
"Qızıl Qlobus" mükafatının sahibləri məlum  oldu

Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində 73-cü "Qızıl Qlobus" mükafatının təqdimetmə mərasimi keçirilib.

1news.az RİA  Novostiyə istinadən xəbər verir ki, “ən yaxşı dramatik ifaya” nominasiyası üzrə mükafat “Xilas olan” filmindəki ifasına görə Leonardo di Kaprioya verilib.

Hollivud cəmiyyəti tərəfindən 1944-cü ildən etibarən təqdim edilən Amerika kino mükafatı 25 kateqoriyada təqdim edilib. Təqdimatın yayımını NBC kanalı həyata keçirir.

Bu il "Ən yaxşı komediya aktyoru və müzikl" nominasiyasında "Marslı" filmindəki oyununa görə aktyor Mett Deymon fərqlənib.

"Ən yaxşı ikinci plan qadın roluna" görə "Qızıl Qlobus"a britaniyalı Keyt Uinslet layiq görülüb. Aktrisa "Apple" şirkətinin banisi Stiv Cobsun həyat və yaradıcılığına həsr olunmuş filmdə yaratdığı obraza görə bu mükafata sahib olub.

"Stiv Cobs" filminin ssenarisini yazan Aaron Sorkin "Ən yaxşı ssenari müəllifi" nominasiyasında fərqlənib.

Məşhur italiyalı bəstəkar Ennio Morrikone ən yaxşı saundtrek nominasiyasında "Qızıl Qlobus"u aparıb.

Qeyd edək ki, kino sənayesində ikinci mötəbər mükafat sayılan "Qızıl Qlobus" mükafatı Amerika Kino Akademiyasının təsis etdiyi "Oskar" mükafatı üçün proqnoz hesab edilir.

Paylaş:
1452

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb21 / 11 / 2024, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək21 / 11 / 2024, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdü21 / 11 / 2024, 13:46
Bütün xəbərlər