BMT-nin Baş katibi Yəməndəki hospitala hücumu pisləyib | 1news.az | Xəbərlər
Dünya

BMT-nin Baş katibi Yəməndəki hospitala hücumu pisləyib

10:25 - 11 / 01 / 2016
BMT-nin Baş katibi Yəməndəki hospitala hücumu pisləyib

BMT-nin Baş katibi Pan Gi Mun Yəməndə hospitala hücumu pisləyərək, hadisənin tezliklə araşdırılmasına çağırıb, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.

1news.az-ın “РИА Новости”-yəistinadən xəbər verir ki, “Sərhədsiz həkimlər” beynəlxalq təşkilatı bazar günü Yəmənin şimalında xəstəxananın atəşə tutulmasına dair məlumat yayıb.

Son məlumatlara əsasən atışma nəticəsində hospitalda ən azı dörd nəfər ölüb, on nəfər xəsarət alıb, yaralananların ikisinin vəziyyəti ağırdır. “Sərhədsiz həkimlər”in Dubay ofisindən bildiriblər ki, xəsarət alanların sayı arta bilər, belə ki, atışma zamanı dağılmış binaların dağıntıları altında qalanlar var.

“BMT-nin Baş katibi Yəmənin Saada əyalətində “Sərhədsiz həkimlər” tərəfindən dəstəklənən xəstəxananın naməlum şəxslər tərəfindən atəşə tutulmasını pisləyir”, - BMT-nin bəyanatında deyilir.

BMT-də vurğulayıblar ki, “Sərhədsiz həkimlər”in dəstəklədikləri Saada əyalətindəki hospital və Taizdə yerləşən səyyar tibbi mərkəz 2015-ci ildə artıq hücuma məruz qalmışdı.

“Baş katib Yəmən sakinlərinə tibbi yardımın göstərilməsinin getdikcə məhdudlaşdırılmasından çox narahatdır”, - məlumatda deyilir. 

Baş katibin bəyanatında xəstəxanaların və tibbi heyətinin beynəlxalq humanitar hüquq ilə müdafiə olunduğu vurğulanır.

“Yəməndə dinc sakinlərin və mülki infrastrukturların zərər çəkdiyi digər hücumlar kimi, bu hadisə tez, müstəqil şəkildə araşdırılmalıdır”, - məlumatda qeyd edilir.

Xatırladaq ki, “Sərhədsiz həkimlər” ötən ilin martından etibarən Yəməndə Ərəb koalisiyasının iştirakı ilə münaqişə zamanı 20 mindən artıq zərərçəkmişi sağaldıb və 730 ton dərman preparatları paylayıb.

1news.az

Paylaş:
739

Son xəbərlər

Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:51Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb21 / 11 / 2024, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək21 / 11 / 2024, 13:56
Bütün xəbərlər