Azərbaycan Tarif Şurası benzin qiymətlərinin mümkün artımı məsələsini şərh edib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan Tarif Şurası benzin qiymətlərinin mümkün artımı məsələsini şərh edib

10:49 - 11 / 01 / 2016
Azərbaycan Tarif Şurası benzin qiymətlərinin mümkün artımı məsələsini şərh edib

Sosial şəbəkələrdə benzinin  qiymətinin artması ilə bağlı xəbərə Tarif Şurasından açıqlama verilib.

“Enerji daşıyıcılarının qiymətinin qalxması ilə bağlı heç bir təklif daxil olmayıb. Bu məsələ hazırda nəzərdən keçirilmir”-  1news.az –a Tarif Şurasından bildirilib.

Xatırladaq  ki, daha əvvəl SOCAR prezidenti Rövnəq Abdullayev bildirib ki, ölkədə illik benzin istehlakı 10% artıb və H. Əliyev adına Neft elamlı zavodu artan istehlak tələblərini qarşılaya bilir. Buna görə də şirkət bütövlükdə Аİ-92 avtomobil benzini istehsalına keçməyi planlaşdırır. SOCAR Аİ-95 və Аİ-98 markalı benzinin sərbəst satışı təklifi ilə hökumətə müraciət edib.

Hazırla idxalla əlaqədar olaraq, Аİ-95 və Аİ-98 markalı benzinin qiymətləri dövlət tərəfindən tənzimlənmir. Bu yolla Premium Euro-95 və Super Euro-98 markalı benzin də idxal olunur.

Qeyd edək ki, 3 dekabr 2013-cü ildən etibarən Azərbaycan Tarif Şurası tərəfindən benzinin qiymətləri aşağıdakı kimi müəyyənləşib.

Aİ - 95- 80 qp/litr

Aİ - 92  və Aİ-80 – 70 qp/litr

Dizel yanacağı – 60 qp/litr

Aİ - 95 markalı və daha yüksək oktanlı benzinlər ölkədəki benzin istehlakının cəmi 10 faizini təşkil edir. Bununla yanaşı həmin benzin növü istehsal və xidmət sahəsində demək olar ki istifadə olunmur.

Ölkədə daha çox tələbət olan benzin markası SOCAR-ın istehsal etdiyi   Аİ-92 markalı benzindir.

1news.az

Paylaş:
1271

Son xəbərlər

Bütün xəbərlər