AB-nin xarici işlər və siyasi təhlükəsizlik üzrə ali nümayəndəsi Azərbaycana səfər etməyi planlaşdırır | 1news.az | Xəbərlər
Siyasət

AB-nin xarici işlər və siyasi təhlükəsizlik üzrə ali nümayəndəsi Azərbaycana səfər etməyi planlaşdırır

11:06 - 11 / 01 / 2016
AB-nin xarici işlər və siyasi təhlükəsizlik üzrə ali nümayəndəsi Azərbaycana səfər etməyi planlaşdırır

Avropa Birliyinin (AB) xarici işlər və siyasi təhlükəsizlik üzrə ali nümayəndəsi Federiko Moqerininin Azərbaycana səfəri gözlənilir.

Bu haqda jurnalistlərə AB nümayəndəliyinin Azərbaycandakı rəhbəri Malena Mard bildirib.

Onun sözlərinə görə, səfər cari ilin fevral ayının sonu mart ayının əvvəlində baş tuta bilər.

“Hələ ki, səfərin dəqiq tarixi məlum deyil. Lakin səfər bu ilin yayına qədər baş tutmalıdır”, - o, bildirib.

Malena Mard bildirib ki, hazırda tərəflər arasında F.Moqerininin səfəri barədə danışıqlar aparılır.

1news.az

Paylaş:
845

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər