“Baku Corner” yeni kolleksiyasını təqdim edib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Baku Corner” yeni kolleksiyasını təqdim edib – FOTO

12:34 - 11 / 01 / 2016
“Baku Corner” yeni kolleksiyasını təqdim edib – FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə təsis edilən “Baku Corner” öz alıcılarına yeni kolleksiyasını təqdim edib.

1news.az-ın məlumatına görə, ölkəmizdə ilk dəfə, xeyriyyə məqsədləri ilə fəaliyyət göstərən ədalətli ticarət konsepsiyası - “Baku Corner”in yeni kolleksiyası L.Əliyevaya məxsus rəsm əsərlərinin əks olunduğu telefon üzlüklərindən ibarətdir.

Qeyd edək ki, məhz insan rifahının yaxşılaşdırılması işini dəstəkləmək məqsədilə L.Əliyeva öz incəsənət əsərlərini bu layihəyə bəxş edir.

13 noyabr 2015-ci il tarixindən etibarən ictimaiyyətin istifadəsinə təqdim edilmiş “Baku Corner”-in əsas məqsədi yerli və xarici sənətkarlar tərəfindən hazırlanmış əl işlərinin satışı üçün platforma yaratmaq və onları geniş ictimaiyyətə çatdırmaqdır.

“Baku Corner” tərəfindən uşaq evləri və internat məktəblərində sığınacaq tapmış azyaşlıların çəkdiyi gözəl rəsm əsərləri də geniş kütləyə nümayiş olunur. Bu da onların istedad və bacarıqlarının aşkar olunması və qiymətləndirilməsində xüsusi rola malikdir.

1news.az

Paylaş:
939

Son xəbərlər

Bütün xəbərlər