Azərbaycanda spirtli içki satışına qoyulan qadağa götürüldü - VIDEO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanda spirtli içki satışına qoyulan qadağa götürüldü - VIDEO

17:39 - 12 / 01 / 2016
Azərbaycanda spirtli içki satışına qoyulan qadağa götürüldü - VIDEO

Azərbaycanda spirtli içkilərin nağd pulla satışına qoyulan qadağa aradan qaldırılıb.

1news.az-ın məlumatına görə, bu barədə vergilər nazirinin müavini Sahib Ələkbərov AZTV-də çıxışı zamanı deyib.

Onun sözlərinə görə, tütün məmulatlarının nağd pulla topdan satışına qoyulan qadağa da aradan qalxıb:

“Bu gün Azərbaycanda ticarət və ictimai iaşə müəssisələrində 86 mindən çox pos-terminal var. Ehtiyac olarsa əlavə pos-terminalların quraşdırılması üçün hər cür imkanlarımız var. Eyni zamanda ölkədə 6 milyondan çox ödəniş mövcuddur. Sadəcə olaraq insanlar özləri buna hazır olmalıdırlar. Ona görə də bu məsələni geniş təbliğ etməyə ehtiyac var.O ki, qaldı spirtli içkilərin nəğdsiz ödənilməsinə, burada prinsip etibarilə ciddi bir sual, ciddi bir problem yoxdur. Sadəcə olaraq sənədləşmə ilə bağlı məsələlər var.

Bizdə olan məlumata görə, həm bizə və Nazirlər Kabinetinə, həm də Prezident Administrasiyasına və şəxsən ölkə prezidenti cənab İlham Əliyevə çoxsaylı müraciətlər olur ki, bu sənədləşmə işlərinin başa çatdırılması üçün müəyyən zaman tələb olunur. Bütün bunları nəzərə alaraq dövlət başçımız yenə sahibkarlara öz dəstəyini göstərir və tapşırıq verilib ki, bu qaydaların tətbiqi müvəqqəti olaraq dayandırılsın. Yəni hazırlıq işləri tam başa çatdıqdan sonra yəqin ki, bu məsələ barəsində ayrıca qərar veriləcək”.

Nazirin sözlərinə görə, qaydaların tətbiqinin dayandırılması həs istehsalçılar, həm də pərakəndə və topdan satışla məşğul olan ticarətçilərə sənədləşdirmə işlərini başa çatdırmağa imkan verəcək: 

“Çünki, bunlarda xeyli miqdarda mal qalığı var, bunlar sənədləşməyib. Sənədləşmə məsələləri həllini tapmalıdır. Eyni zamanda, mağazalarda, başqa obyektlərdə bu spirtli içkilərin həm nağd qaydada, sərbəst şəkildə, həm də nağdsız qaydada alınması seçimi alıcılardan asılıdır. Alıcılar hansı qaydada istəsələr, satıcılar buna hazırdırlar”.  
 
Qeyd edək ki, 2016-cı ilin yanvarın 1-dən etibarən “Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan ərazisində dövriyyəsinin tənzimlənməsi qaydaları” qüvvəyə minib. Bu qaydalara əsasən markalanmalı malların (tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla) satılması və satış məqsədi ilə alınması zamanı həmin malların dəyərinin nağd qaydada ödənilməsinə yol verilmir”.

1news.az

Paylaş:
1432

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər