Türkiyə XİN: “Azərbaycan və Gürcüstan arasında münasibətlər konkret layihələr nəticəsində dərinləşir”
“Azərbaycan və Gürcüstan arasında münasibətlər konkret layihələr nəticəsində son zamanlar daha da dərinləşib”, - deyə, Türkiyə Xarici İşlər nazirliyinin rəhbəri Mövlud Çavuşoğlu Ankarada səfirlərin 8-ci konfransındakı çıxışı zamanı bildirib.
Onun sözlərinə görə Türkiyə region ölkələri, o çümlədən, Kiprdə stabillik və sülhün tərəfdarıdır.
“Ümid edirəm ki, Kipr probleminin tam həllinə çox az zaman qalıb. Ankara ədalətli və uzunmüddətli sülhün tərəfdarıdır, bu bütövlükdə Aralıq dənizinin şərq sahilindəki vəziyyətə təsir edəcək”, - deyə, türkiyəli nazir qeyd edib.
O, həmçinin, bu ilin oktyabr ayında Türkiyə və Avropa İttifaqı arasında vizasız rejimin tətbiqi məsələsinə diqqəti yönəldib.
M.Çavuşoğlu qeyd edib ki, bu il Türkiyədə mühüm tədbirlər keçiriləcək. Bunların sırasına 14-15 aprel tarixlərində keçiriləcək İslam Həmrəyliyi Təşkilatının 13-cü konfransı, yayda baş tutacaq EXPO 2016 botanika sərgisi və oktyabr ayında keçirilməsi nəzərdə tutulan Beynəlxalq Enerji Konqresi daxildir.
1news.az