“Apple” gecə rejimi funksiyası olan iOS 9.3 telefonunu istifadəyə verib
“Apple” şirkəti iOS 9.3 telefonunun yenilənmiş əməliyyat sistemində gecə rejimi olan beta versiyasını istifadəyə verib.
1news.az RBK-ya istinadən xəbər verir ki, bu barədə adıçəkilən şirkətin rəsmi saytında bildirilib:
“Bir çox tədqiqatlar göstərib ki, parlaq mavi işığın axşam yanması ürək ritminə və yuxu rejiminə təsir edə bilər. iOS-nin gecə rejimi sizin ərazidə günəşin çıxması anını müəyyənləşdirmək üçün saat və geolakasiyadan istifadə edir. Daha sonra o avtomotik isti rənglərə keçir. Səhər isə displeyi adi rəng çalarına qaytarır”.
Yeni versiyaya görə, telefonda olan məlumatlar parol, yaxud əl izi ilə gizlədilə bilər. Bundan telefondakı başqa bəzi funksiyalar əraziya yaxın məkanda yerləşən dayanacaq, yanacaqdoldurma, restoran, kafeləri tapmağa imkan verir.
1news.az