Azərbaycanda elektron ticarət dövriyyəsinin həcmi artıb
2015-ci ildə istehlakçılara 25,7 milyard manatlıq və ya 2014-cü illə müqayisədə 10,9 faiz çox məhsul satılıb.
1news.az Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, ötən ilin yekun hesabatına görə ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satışın həcmi 10,1 faiz artaraq 12871,2 milyon manat, qeyri-ərzaq məhsulları üzrə isə 12,8 faiz artaraq 12849,9 milyon manat olub
Hesabat ilində elektron pərakəndə ticarət dövriyyəsinin həcmi 2014-cü ilə nisbətən 1,9 dəfə artaraq 12,8 milyon manat təşkil edib.
Elektron ticarət vasitəsi ilə əhalinin sifariş verdiyi istehlak məhsullarının 91,1 faizi hüquqi şəxslərdən, 8,9 faizi isə fərdi sahibkarlardan alınıb. Elektron ticarət dövriyyəsinin 96,2 faizi qeyri-ərzaq məhsullarının payına düşüb.
1news.az