İstanbulda terror aktı zamanı həlak olan 10 nəfərin hamısı əcnəbidir | 1news.az | Xəbərlər
Dünya

İstanbulda terror aktı zamanı həlak olan 10 nəfərin hamısı əcnəbidir

10:54 - 13 / 01 / 2016
İstanbulda terror aktı zamanı həlak olan 10 nəfərin hamısı əcnəbidir

Türkiyə hökuməti dünən İstanbulun Sultan Əhməd meydanında baş verən terror aktı barədə yeni məlumat yayıb.

1news.az-ın NTV telekanalına istinadla verdiyi xəbərə görə, həlak olanlardan 8 nəfəri –Almaniya, 1 nəfər – Cənubi Koreya, 1 nəfər isə – Peru vətəndaşlarıdır. Bununla yanaşı, 15 yaralıdan 9 nəfəri də əcnəbidir ki, onlar İstanbulun beş xəstəxanasında müalicə olunurlar. Bundan əlavə, yaralılardan 3-nün vəziyyəti ağır kimi qiymətləndirilir.

Eyni zamanda, Almaniyanın DİN rəhbəri Tomas de Mezer bu gün İstanbula gələrək türk həmkarı Əfqan Aloy ilə dünənki terror aktı barədə müzakirələr aparacaq.

Almaniyaya məxsus “Lebenslust” turizm firması Türkiyədə həlak olanların aldığı turpaket barədə məlumat verib:

“Onlar İstanbulda bir gün qalmalı idilər.Daha sonra isə Dubaya uçaraq Əbu-Dabiyə yola düşməli idilər. Turpaketin qiyməti 1500 avro dəyərindədir”.

Eyni zamanda, Türkiyənin bir çox KİV-i məlumat yayıb ki, Sultan Əhməd meydanında terror aktı törədən 28 yaşlı kamikadze Suriyadan deyil, Səudiyyə Ərəbistanındandır.

1news.az

Paylaş:
821

Son xəbərlər

AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:26Mastercard dayanıqlılıq mövzusunda “Sandbox as a Service” hakatonunun qaliblərini elan edir - FOTOBu gün, 09:15Lənkəranda ər arvadını bıçaqlayıbBu gün, 09:04Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:51Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45
Bütün xəbərlər