Cakartada baş verən qanlı terror aktından tükürpədici görüntülər - FOTOLAR
İndoneziyanın paytaxtında silsilə terror aktı zamanı həlak olanların sayı 17 nəfərə çatıb.
Bu haqda “Əl-Cəzirə” yerli telekanallara istinadla xəbər verir.
Xəbərdə qeyd olunur ki, həlak olanlar arasında 5 döyüşçü, 5 polis əməkdaşı və 7 mülki vətəndaş var. Yaralıların sayı haqda dəqiq məlumat yoxdur.
Daha əvvəl xəbər yayılmışdı ki, həlak olan döyüşçülərdən biri əcnəbidir.
Xatırladaq ki, bu gün səhər Cakartada silsilə terror aktları baş verib. Partlayışlardan biri nəhəng ticarət mərkəzinin, digəri isə “Starbucks” kafesi qarşısında baş verib. Eyni zamanda mərkəzi küçələrdən birində bir polis əməkdaşı partladılıb, şəhərin digər küçələrində atəş səsləri eşidilib.
Mənbə: Lenta.Ru