Ərzurumda TANAP layihəsinin reallaşdırılması prosesi müzakirə olunub
Türkiyənin Ərzurum şəhərində qubernator Əhməd Altınbarmağın rəhbərliyi ilə TransAnadolu borukəmərinin (TANAP) reallaşdırılması prosesi ilə bağlı iclasda keçirilib.
1news.az Haberler.com-a istinadən xəbər verir ki, toplantı iştirakçıları 3 əyalətdə - Ərzurum, Ərdahan və Karsda borukəmərinin tikintisindəki irəliləyişlər məsələsini müzakirə edib.
Taplantı çərçivəsində TANAP Doğalgaz İletim A.Ş şirkətinin nümayəndələri layihənin hazırkı mərhələsi haqqında məlumat verib.
Öz növbəsində Ərzurum qubernatoru A.Altınbarmağın TANAP çəkilişinin Türkiyə və Avropanın enerji təhlükəsizliyi məsələsində əhəmiyyətindən danışıb. O, həmçinin, qeyd edib ki, bu proses Türkiyədə, o cümlədən, Ərzurum vilayətində yeni iş yerlərinin açılmasına şərait yaradacaq.
1news.az