Yeni Qvineyada əsirlikdə qalmış cütlük: Bizi yeyəcəklərini düşündük – FOTO | 1news.az | Xəbərlər
Dünya

Yeni Qvineyada əsirlikdə qalmış cütlük: Bizi yeyəcəklərini düşündük – FOTO

12:55 - 14 / 01 / 2016
Yeni Qvineyada əsirlikdə qalmış cütlük: Bizi yeyəcəklərini düşündük – FOTO

İngiltərənin paytaxtı Londonda yaşayan Metyu Lovan və onun ABŞ-dan olan qız dostu Mişel Klemens Yeni Qvineyada istirahət edərkən yerlilər tərəfindən qaçırılıblar.

1news.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə onların özləri məlumat veriblər.

Belə ki, Yeni Qvineyaya istirahət etmək üçün yollanan Metyu ilə Mişel yerli qəbilələrdən birinin üzləri tərəfindən qaçırılıblar.

“Əvvəlcə bizi soyundurdular və gözlərimizi bağladılar. Bədənlərinə və üzlərinə savaş boyası çəkmişdilər. Çox qorxduq və bizi yeyəcəklərini düşündük. İlk dəfə qaçmaq istəyərkən yaxalandıq və qaçmağa çalışdığımız üçün bizə işgəncə verdilər. Lakin ikinci cəhdimiz uğurlu oldu və bir kəndlinin köməyi ilə təhlükəsiz əraziyə getdik”- deyə, cütlük bildirib.

Qeyd edək ki, vaxtilə Yeni Qvineyanın yerli qəbilələri arasında kannibalizm adəti geniş yayılmışdı. Belə ki, tez-tez bir-biri ilə müharibə aparan qəbilələr tutduqları düşmən döyüşçüləri yeyirdilər. Öldürülənin ürəyi isə hörmət əlaməti olaraq onu öldürən şəxsə verilirdi. Hazırda Yeni Qvineyada kannibalizmin olmadığı deyilsə də, bəzi qəbilələrin hələ də insan əti yedikləri ilə bağlı iddialar var.  

1news.az

Paylaş:
707

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb21 / 11 / 2024, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək21 / 11 / 2024, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdü21 / 11 / 2024, 13:46
Bütün xəbərlər