İtaliyada 3500 yaşı olan qədim yaşayış məskəni aşkarlanıb
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, bu yaxınlarda həmin şəhərin yaxınlığında bürünc dövrünə aid yaşayış məskəninin aşkarlanması bölgənin bəşər tarixindəki yeri haqqında yeni mülahizələr irəli sürməyə əsas verir.
Bu qədim yaşayış məskəni İtaliyanın Udine Universitetinin arxeoloqları tərəfindən Anfora kanalı yaxınlığında tapılıb. Hələ 1980-ci ildə həmin ərazidə araşdırmalar aparılmağa başlansa da, qazıntılar ötən ilin sonunda yekunlaşıb və 100 min kvadratmetr ərazini əhatə edən yaşayış məskəninin qalıqları aşkarlanıb. Qazıntılar zamanı bürünc dövrünə aid evlərin tikintisi zamanı istifadə olunmuş çınqıl və daş materiallara, yemək bişirmək üçün açıq ocaq izlərinə və müxtəlif saxsı əşyaların qalıqlarına rast gəlinib.
Qeyd edək ki, 3500 əhalisi olan Aquileia şəhəri eramızdan əvvəl 200-cü ildən eramızın 400-cü ilinədək Avropanın ən böyük və önəmli ticarət mərkəzlərindən biri olub.
1news.az