Bakıda Yol-Patrul Xidmətinin maşını qaçırılaraq qəza törədildi-FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda Yol-Patrul Xidmətinin maşını qaçırılaraq qəza törədildi-FOTO

14:21 - 15 / 01 / 2016
Bakıda Yol-Patrul Xidmətinin maşını qaçırılaraq qəza törədildi-FOTO

Daxili İşlər Nazirliyi Yol –Patrul Xidməti maşınının qaçırılaraq ağaca çırpılması ilə bağlı KİV-lərdə yayılan informasiyaya açıqlama verdi.

1news.az –a DİN-in Mətbuat xidməti rəhbərinin müavini Elxan Zahidov bildirib ki, axşam saatlarında Yol-Patrul Xidməti əməkdaşlarının saxladığı maşının sürücü sərxoş olub.

“Polis əməkdaşları vətəndaşın alkoqol qəbulu səviyyəsini müəyyənləşdirmə üçün onu həkimə aparmaq istəsələr də, vətəndaş müqavimət göstərib. Polis əməkdaşlarına kömək üçün post-patrul xidməti avtomobilləri hadisə yerinə gəlib.

Vəziyyətdən istifadə etməyə çalışan sərxoş sürücü post-patrul xidmətinin maşınını qaçırmağa cəhd edib, lakin 50 metr getdikdən sonra ağaca çırpılıb- deyə o, qeyd edib.

Mətbuat xidmətindən bildirilib ki qanunun pozanlar saxlanılıb və onlara qarşı cinayət işi açılıb.

1news.az

Foto:Carclub.az

Paylaş:
1705

Son xəbərlər

Bütün xəbərlər