Alimlər “ağıllı” duş sistemi işləyib hazırlayıblar
Fransa alimləri su sərfini 25 faiz azaltmağa imkan verən duş sistemi işləyib hazırlayıblar.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, duş bu ilin fevral-mart aylarında satışa çıxarılacaq. Yenilik Las-Veqasda “Consumer Tecnology Association” (CES) cəmiyyətinin konfransında nümayiş etdirilib.
“Hydrao Smart Shower” adlandırılan “ağıllı” duş Fransanın “Start&Blue” şirkətinin məhsuludur. İşıq-diod indikatorların rəngi su işləndikcə dəyişir. Su sərfi 50 litrə çatanda isə qırmızı işıq yanır və proseduru bitirmək vaxtının çatması barədə xəbərdarlıq edir. Şirkətin məlumatına görə, təqribən min ədəd birinci nəsil “Hydrao” duş sistemi satılıb. Bu sistem su sərfini 25 faiz azaltmağa imkan verib. Su sərfini iOS və Android platformalarındakı əlavələrin köməyi ilə də izləmək mümkün olacaq.
Şirkətin rəsmi nümayəndələri bildiriblər ki, “ağıllı” duşun pərakəndə satış qiyməti 99 dollar olacaq.
1news.az