Günəşli yatağındakı daha bir quyuda yanğın söndürülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Günəşli yatağındakı daha bir quyuda yanğın söndürülüb

17:01 - 15 / 01 / 2016
Günəşli yatağındakı daha bir quyuda yanğın söndürülüb

“Günəşli” yatağındakı 10 saylı özüldəki qaz quyularından birində yanğın söndürülüb.

1news.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat veriblər.

Məlumata görə, “Günəşli” neft yatağında yerləşən 10 saylı dərin dəniz özülündə 4 dekabr 2015-ci il tarixində baş vermiş qəza nəticəsində yaranan yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi aidiyyəti üzrə fəaliyyətini davam etdirir.

Belə ki, yanan quyuların ətrafında deformasiyaya uğramış metal konstruksiyaların kəsilməsi, zonadan kənarlaşdırılması, eləcə də fontançıların quyular ətrafında sərbəst işləməsi üçün fasiləsiz tədbirlər həyata keçirilmiş, quyu və quyuətrafı konstruksiyaların soyudulması işləri yanğınsöndürmə desantı tərəfindən platformanın üzərində təşkil olunub.

Yanğınsöndürənlərin gərgin səyləri nəticəsində yanvarın 15-də qaz quyularının ən təhlükəlisində yanğını söndürmək mümkün olub.

“Özüldə yanan digər quyuların da söndürülməsi istiqamətində işlər fasiləsiz davam etdirilir”- deyə, FHN-dən bildiriblər.

1news.az

Paylaş:
799

Son xəbərlər

Bütün xəbərlər