Sarayevoda IV Qlobal Bakı Forumuna hazırlıq məqsədilə xüsusi toplantı keçiriləcək
Gələn ay Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda “Dinlərarası dialoq: ekstremizmə cavab” mövzusunda xüsusi toplantı keçiriləcək.
Bu barədə 1news.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat veriblər.
Məlumata görə, fevralın 2-də Komitənin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Sarayevo Müştərək Cəmiyyətlər və Dəyərlər Fondunun təşkilatıçılığı ilə baş tutacaq tədbir 10-11 mart tarixində Bakıda baş tutacaq IV Qlobal Bakı Forumuna hazırlıq məqsədi daşıyır.
Toplantıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Seragəldin, Hollandiyanın sabiq Baş naziri Kelye Maqne Bondevik, Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumdziya çıxış edəcək.
Toplantı çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri ilə Bosniya və Herseqovinanın Prezident Şurasının üzvləri arasında görüşün keçirilməsi də nəzərdə tutulur.
1news.az