Füzuli rayon İcra Hakimiyyəti başçısının nümayəndəsi həbs edildi
Füzuli rayon İcra Hakimiyyəti başçısının nümayəndəsi barədə həbs qətimkan tədbiri seçilib.
Bu barədə 1news.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat veriblər.
Məlumata görə, yanvarın 14-də hüquq-mühafizə orqanlarına daxil omuş məlumat əsasında həyata keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Füzuli rayon İcra Hakimiyyəti başçısının Füzuli şəhəri inzibati dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyən Şakir Hacıyevin paytaxtın Binəqədi rayonu ərazisində yaşadığı mənzildə axtarış aparılarkən istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edilərək saxlanılıb odlu silah hesab edilən 1 ədəd “Makarov” tipli tapança və həmin silaha aid içərisində 5 ədəd 9 mm kalibrli patronlar olan sandıqça aşkar edilərək götürülüb.
Faktla bağlı şəhər Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Bakı şəhər prokurorluğunun İstintaq İdarəsinə həvalə edilib.
Qeyd olunan cinayətin Ş.Hacıyev tərəfindən törədilməsinə əsaslı şübhələr olduğundan o, tutularaq istintaqa cəlb olunub və barəsində Səbail rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
1news.az