Eldar Sabiroğlunun oğlu həbs olundu – YENİLƏNMƏ | 1news.az | Xəbərlər
Cəmiyyət

Eldar Sabiroğlunun oğlu həbs olundu – YENİLƏNMƏ

21:49 - 15 / 01 / 2016
Eldar Sabiroğlunun oğlu həbs olundu – YENİLƏNMƏ

Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi Rüfət Səfərov Binəqədi Rayon Məhkəməsinə gətirilib.

Hakim Abbas Rzayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı R.Səfərovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilməsini istəyib.

Məhkəmənin qərarına əsasən, R.Səfərov barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Report

11.57

Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi Rüfət Səfərova qarşı cinayət işi açılıb.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bu gün 2015-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

Səfərova qarşı Azərbaycan Cinayət Məcəlləsinin 311-ci (“Rüşvət alma”) maddəsi üzrə cinayət işi açılıb.

Qeyd edək ki, R.Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, sabiq deputat Eldar Sabiroğlunun oğludur.

1news.az

 

Paylaş:
851

Son xəbərlər

Bütün xəbərlər