Mişel Obama prezident seçkilərində iştirak etməyəcək | 1news.az | Xəbərlər
Dünya

Mişel Obama prezident seçkilərində iştirak etməyəcək

10:03 - 15 / 01 / 2016
Mişel Obama prezident seçkilərində iştirak etməyəcək

ABŞ-ın birinci xanımı Mişel Obama prezident seçkilərində iştirak etməyəcək.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu barədə Luiziana ştatında əhali ilə görüşən ABŞ Prezidenti Barak Obama deyib.

Sakinlərdən biri ondan birinci xanımın dövlət başçısı seçkilərində iştirak edib-etməyəcəyini soruşub.

B.Obama isə sualdan sonra yaranan alqışları qəti “Yox” kəlməsi ilə kəsərək bildirib:

“İcazə verin bir məsələni deyim. Bu həyatda sarsılmaz üç şey var: ölüm, vergilər və bir də Mişel Obamanın prezidentliyə namizədliyini verməməsi. Bunu sizə dəqiq deyə bilərəm”.

Prezident qeyd edib ki, bu illər ərzində onun xanımı uşaqlarda piylənməyə qarşı mübarizə, hərbçilərin ailələrinə kömək məsələsində çox işlər görüb.

“Mən onunla fəxr edirəm”, - deyə o vurğulayıb.

Qeyd edək ki, Mişel Obama da bir müddət əvvəl siyasətə qoşulmayacağını bildirmişdi.

1news.az

Paylaş:
838

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb21 / 11 / 2024, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək21 / 11 / 2024, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdü21 / 11 / 2024, 13:46
Bütün xəbərlər