Rusiyanın Ermənistandakı aviasiya bazasında təlim uçuşları başlayıb
Rusiya Cənub Hərbi Dairəsinin Ermənistandakı Erebuni aviasiya bazasında gənc pilotların "MiQ-29" qırıcılarında uçuş təlimi başlayıb.
1news.az Report-a istinadla xəbər verir, bu haqda Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, pilotlar ilk dəfə sərbəst şəkildə "MİQ-29" döyüş təyyarələrinin dördüncü nəslində dəniz səviyyəsindən 4-5 km yüksəklikdə uçuş tapşırıqlarını yerinə yetiriblər.
Təlim zamanı təyyarəçilər 30-dək 10 saatdan artıq uçuş edəcəklər. Bu il fevralın ortalarında keçiriləcək təlimdə isə onlar daha mürəkkəb tapşırıqları yerinə yetirəcəklər.
1news.az
1010