Mərkəzi Bank xarici valyuta əməliyyatlarının aparılmasının avtomatlaşdırılmış monitorinq sistemini yaradır | 1news.az | Xəbərlər
İqtisadiyyat

Mərkəzi Bank xarici valyuta əməliyyatlarının aparılmasının avtomatlaşdırılmış monitorinq sistemini yaradır

10:45 - 15 / 01 / 2016
Mərkəzi Bank xarici valyuta əməliyyatlarının aparılmasının avtomatlaşdırılmış monitorinq sistemini yaradır

Azərbaycan Mərkəzi Bankı xarici valyuta əməliyyatlarının aparılmasının avtomatlaşdırılmış monitorinq sisteminin yaradılması üçün tender elan edir.

1news.az-ın xəbərinə görə, tender üzrə təkliflərin qəbulu 29 fevral 2016-cı il tarixinə kimi davam edəcək.

Qeyd edək ki, tender proseduru 1 mart 2016-cı il tarixində 15:00-da Mərkəzi Bankın inzibati binasında keçiriləcək.

Tenderdə iştirak haqqı 200 manatdır.

Tenderdə iştirak etmək istəyən hər bir şəxs iştirak haqqının ödənilməsi barədə bank arayışını təqdim edərək Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi 32 ünvanda yerləşən inzibati binasından

Azərbaycan dilində tərtib edilmiş Tenderin əsas şərtlər toplusunu əldə edə bilər. Tender üzrə əlaqələndirici şəxs: Nəbi Əliyev (Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin əməkdaşı). Telefon: 493-11-22 (558), faks: 493-55-41, elektron poçt ünvanı: [email protected].

Tenderdə iştirak şərtləri ilə keçiddə tanış olmaq mümkündür.

1news.az

Paylaş:
1038

Son xəbərlər

Şamaxıda zəlzələ olub

05 / 06 / 2025, 16:34
Bütün xəbərlər