2015-ci ildə Azərbaycanda 169 dövlət məmuru cəzalandırılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

2015-ci ildə Azərbaycanda 169 dövlət məmuru cəzalandırılıb

11:50 - 15 / 01 / 2016
2015-ci ildə Azərbaycanda 169 dövlət məmuru cəzalandırılıb

2015-ci ildə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin təqdimatına əsasən 169 dövlət məmuru cəzalandırılıb.

1news.az-ın məlumatına görə, bu barədə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bu gün 2015-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, həmin şəxslər intizam məsuliyyətinə cəlb olunublar.

“Həmin şəxslərdən əsasən 42 nəfəri – Səhiyyə Nazirliyi, 28 – Əmək və Əhalinin Sosial MüdafiəsiNnazirliyi, 13 – Təhsil Nazirliyi, 48 – Daxili İşlər Nazirliyi, 1 – Müdafiə Nazirliyi, 1 –Fövqəladə Hallar Nazirliyi, 1 – Dövlət Gömrük Komitəsi, 35 – digər qurumların əməkdaşlarıdır”, - K.Əliyev qeyd edib. 

İdarəyə daxil olmuş 2100 müraciət üzrə nazirlik, komitə və təşkilatlara göndərilməklə qabaqlayıcı və digər müvafiq tədbirlər görülüb.

1news.az

Paylaş:
711

Son xəbərlər

Bütün xəbərlər