Qazaxıstan hökuməti Anti-böhran Ehtiyat Fondu yaratdı
Qazaxıstan hökuməti 2016-cı ilə anti-böhran tədbirlərini maliyyələşdirmək üçün xüsusi ehtiyat fondu yaradılıb.
1news.az TASS-a istinadən xəbər verir ki, fondun vəsaiti 225,5 milyard tenge (623 milyon dollar) təşkil edir. Bu haqda cümə günü Qazaxıstan Respublikası Baş nazirinin 1-ci müavini Bakıdjan Sagintayev məlumat verib.
“Əlavə işlərin görülməsi üçün bu ildən respublika büdcəsində operativ anti-böhran tədbirlərini maliyyələşşdirmək üçün xüsusi ehtiyat fondu ayrılacaq. 2016-cı ildə xüsusi ehtiyat məbləğinin 225,5 milyard tenge olması planlaşdırılıb.
Sagintayevin sözlərinə görə, bu vəsait “məşğulluğun dəstəklənməsi, “Nurlu Yol” proqramının əlavə olaraq maliyyələşdirilməsi və digər tədbirlərə yönəldiləcək.
Qeyd edək ki, “Nurlu Yol” proqramı müxtəlif növ infrastruktur obyektlərinin- avtomobil, dəmir yolunun, mənzil-kommunal xidmətlərinin, energetika və digər sahələrin dəstəklənməsini nəzərdə tutur.